AZ

Putinin gizli qızını üzə çıxaran jurnalist axtarışa verilib- FOTO

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Andrey Zaxarovu axtarışa verib.

Azpost.info xəbər verir ki, jurnalistin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb onun Rusiya prezidentinin üçüncü qızı olduğu iddia edilən Luiza Rozova haqda hazırladığı araşdırma materillarıdır.

Andrey Zaxarov 2016-cı ilə qədər “Fontanka”nın əməkdaşı olub, sonra Moskvaya köçüb, burada RBC-də işə düzəlib, həmçinin BBC Rus Xidmətinin xüsusi müxbiri olub.

Zaxarov bir neçə yüksək səviyyəli araşdırma məqalələri yazıb və buna görə “Qızıl qələm” mükafatına layiq görülüb. Xüsusilə, o, Vladimir Putinin üçüncü qızı Luiza Rozova ilə bağlı araşdırmanın müəllifidir. 2021-ci ilin oktyabrında jurnalist Rusiyada “xarici agent” elan edilib. Həmin ilin dekabrında Zaxarov Rusiyanı tərk edib.

İddialara görə, Luiza Rozovanın əsl adı Yelizaveta Krivonoqixdir, anası Svetlana 90-cı illərdə adi təmizlikçi olub və Sankt-Peterburqda kommunal mənzildə yaşayıb. Putinlə tanışlıqdan sonra o, birdən milyonçu olub.

2003-cü ildə Krivonoqixin Putinə çox bənzəyən Liza adlı qızı dünyaya gəlib. İndi Svetlana Rusiyanın ən varlı adamlarından biridir. O, “İqora” xizək kurortuna və Monakoda daşınmaz əmlaka sahibdir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
41
azpost.info

10Mənbələr