AZ

Putinin Valdaydakı iqamətgahında daha bir "Pantsir-S1"...

...Ryabinovıy adasında, Rusiya liderı Vladimir Putinin Valdaydakı iqamətgahından 3,7 kilometr aralıda daha bir “Pantsir-S1” hava hücumundan müdafiə sistemi quraşdırılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosu müvafiq peyk görüntülərini dərc edərək yazır.

“Pantsir-S1” hava hücumundan müdafiə sistemi xüsusi tikilmiş qüllədə quraşdırılıb. Əvvəllər hava hücumundan müdafiə qurğularının quraşdırılması üçün belə bir qüllə Moskva bölgəsində qeyd edilmişdi.

...Planet.com xidmətinin bir sıra peyk şəkillərini öyrəndikdən sonra jurnalistlər belə qənaətə gəliblər ki, Rusiya Federasiyası başçısının iqamətgahı yaxınlığında hava hücumundan müdafiə mövqeyi 2024-cü ilin martında tikilib.

Üzərində hava hücumundan müdafiə sistemi quraşdırılmış qüllə Google-un bu il mayın 6-da çəkilmiş yeni peyk şəkillərində aydın görünür.

...Jurnalistlər əlavə edirlər ki, bu, Putinin Valday iqamətgahı yaxınlığında quraşdırılan ikinci Pantsir-S1 hava hücumundan müdafiə sistemidir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
41
sia.az

10Mənbələr