AZ

YAP keçmiş icra başçısının deputatlığa namizədliyini irəli sürdü

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünkü iclasında siyasi təşkilatın deputatlığa namizədlərinin adları müəyyən edilib.

Modern.az xəbər verir ki, YAP-ın  namizədliyini irəli sürdüyü şəxslər arasında dünən Oğuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Eyvaz Qurbanov da var.

E.Qurbanovun 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, indiyə kimi 117 saylı Oğuz-Qəbələ seçki dairəsini parlamenmtdə YAP-ın üzvü Aqiyə Naxçıvanlı təmsil edib. O, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisinin deputatı olub.

Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 

O, 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olub.
2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisinin III çağırış deputat olub. 

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

16 iyul 2024-cü ildə icra başçısı vəzifəsindən azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
47
modern.az

10Mənbələr