AZ

"Yuventus"da "yarpaq tökümü" başladı: 14 oyunçu göndərilir - ADLAR

Heyətini təmizləməyi planlaşdıran "Yuventus" klubu müqaviləsi olan 14 oyunçunu bu yay sərbəst buraxa bilər.  
 
Bu barədə tanınmış insayder Nikola Skira məlumat yayıb.  
 
Mənbənin məlumatına görə, siyahıya Voytsex Şestna, Daniele Ruqani, Mattia de Şilyo, Din Heysen, Filip Kostiç, Ueston Makkenni, Matias Sule, Artur Melo, Arkadiuş Milik, Federiko Kyeza, Stefano Qori, Canluka Frabotta, Fakundo Qonsales və Marli Ake daxildir.  
 
“Yuventus” son A seriyasını üçüncü pillədə başa vurub. 
 
Çempion olan “İnter”lə xal fərqi 24 olub. Mövsümün sonunda isə Massimiliano Alleqri "buankoneri"nin baş məşqçisi postunu tərk edib. Mövsümlərarası fasilədə onun yerinə əvvəllər “Bolonya”da çalışmış Tiaqo Motta təyin olunub. 
 
Mirağa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
47
moderator.az

10Mənbələr