AZ

Makron baş nazirin istefasını qəbul edib

Bakı. TurkicWorld:

Fransa prezidenti Emmanuel Makron partiyasının seçkilərdə məğlub olmasından sonra baş nazir Qabriel Attalın istefasını qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Fransa KİV məlumat yazıb.

Bildirilib ki, Nazirlər Kabineti hələlik eyni tərkibdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bir müddət öncə istefa verən Attalın müraciətini Makron qəbul etməmişdi.

Qeyd edək ki, Attal sözügedən vəzifəyə cari ilin yanvarında təyin olunub.

Xatırladaq ki, Fransadakı seçkilərdə solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
turkic.world

10Mənbələr