AZ

Makron günün sonuna qədər baş nazirin istefasını qəbul edəcək

Fransa prezidenti Emmanuel Makron günün sonuna qədər baş nazir Qabriel Attalın istefasını qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, prezident Makron Qabriel Attal hökumətinin istefasını axşam saatlarına qədər qəbul edəcək.

Qeyd edək ki, iyulun 8-də Makronun Qabriel Attalı ölkənin baş naziri postunda saxlamaq qərarı verdiyi bildirilirdi.

Amma sonradan onun iyulun 16-da Attalın istefasını qəbul edəcəyi ilə bağlı məlumatlar yayıldı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
ikisahil.az

10Mənbələr