AZ

Bakıda yeni dələduzluq növü peyda olub

28 May metrosu ətrafında təmir tikinti işləri ilə əlaqədar böyük hasar çəkilib.

Bir neçə yerdə avtobus kartlarını doldurmaq üçün qurğulara yaxın düşmək çətinləşib. Avtobus dayanacaqlarının da yeri dəyişdiyi üçün kartı boş olanlar avtobusa daxil olmaq üçün çətinlik çəkirlər. Elə belə yerdə bəziləri asan qazanc eşqinə düşüblər.

Hit.az əməkdaşının apardığı müşahidəyə görə, avtobus dayanacağında dayanıb, kartında məbləğ olmayanlara kömək etmək adıyla yaxınlaşan şəxs 50 qəpik əvəzinə 1 manat nağd pul təklif edir. Avtobus xəttə çıxdıqdan sonra isə digər avtobuslara yaxınlaşıb, yeni müştərilər toplayır. Beləcə öz kiçik biznesini inkişaf etdirir. 

Nə qədər ki, dayanacaqlarda bankomatlar quraşdırılmır və ya quraşdırılanlar da normal işləməyəcək, dələduzluq üçün münbit şərait yaranacaq.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
hit.az

10Mənbələr