AZ

Avtobus zolaqlarına daxil olaraq kameralardan yayınan sürücülərə XƏBƏRDARLIQ – Yeni avadanlıq “gəlir”VİDEO

Paytaxtda avtobuslara yeni kameralar quraşdırılır.

Xezerxeber.az-ın xəbərinə görə, bu kameralara düşən sürücülər 100 manat cərimələnəcək.

Sözügedən kameralar avtobus dayanacaqlarına girən və avtobus zolaqları ilə hərəkət edən sürücüləri müəyyən məsafədən çəkib yol polisinə göndərəcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, paytaxtın avtobus zolaqlarına daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətinə ləngimələr, süni tıxaclar, maneələr yaradır. Bunun qarşısının alınması məqsədi ilə işlər aparılır.

Cərimələrin avtobuslara quraşdırılmış kameralar vasitəsi ilə tətbiq olunması isə qanuni hesab olunacaq.

Buna səbəb isə İnzibati Xətalar məcəlləsinə edilən dəyişiklikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
xezerxeber.az

10Mənbələr