AZ

Tramp qulağı sarğılı vəziyyətdə ictimaiyyət qarşısına çıxdı – FOTO/VİDEO 

ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası zamanı baş verən sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, qulağında sarğı ilə çıxıb. 

Amerika xalqı onu alqışladaraq qəhrəman kimi qarşılayıb. 

Xatırladaq ki, 78 yaşlı D.Tramp Pensilvaniya ştatında mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
 


 


Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
bizim.media

10Mənbələr