AZ

Paşinyan Londona gedir - Səbəb

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) dördüncü sammitində iştirak edəcək.

Bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar olaraq məzuniyyət pozulacaq", - Baqdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
35
news365.az

10Mənbələr