AZ

Paşinyan Avropa Siyasi Birliyinin iclasında iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcək.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Tətil Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədardır", - Bağdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan tətilinin böyük hissəsini Ermənistanda keçirəcək.

Mətbuat katibi onu da qeyd edib ki, məzuniyyət zamanı Baş nazir Tavuş və Armavir bölgələrinə səfər etməyi planlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
35
iqtisadiyyat.az

10Mənbələr