AZ

Daha bir ulduz millidən getdi

Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə alman futbolçunun özü açıqlama verib. 

AVRO-2024-ün İspaniya ilə 1/4 final matçı onun yığmada son görüşü olub. Bu qarşılaşmada 34 yaşlı futbolçunun komandası 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Müller millidə 131 matçda 45 qol vurub. O, DÇ-2014-ün çempionu olub, DÇ-2010, AVRO-2012 və AVRO-2016-nın bürünc mükafatını qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
8
milli.az

8Mənbələr