AZ

Hadisə / VideoAzərbaycanda balıqlara elektrik cərəyanı verənlər cərimələndi - VİDEO - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Samux rayonunda çaydakı balıqlara eletrik cərəyanı verilərək məhv edildiyi bildirilib.

Məsələ ilə bağlı Far.Az-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən açıqlama verilib.

Qeyd edilib, qanunsuz balıq ovuna cəhd edənlərin kimliyi müəyyənləşdirilib və onlara qaydalara uyğun şəkildə cərimələniblər:

"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində, Qoşqarçay çayının Kür çayına töküldüyü ərazidə balıq ovuna cəhd edən və su bioresurslarını qanunsuz ovlayan şəxslər müəyyən edilib.

Araşdırma zamanı elektrik cərəyanı vasitəsilə balıq ovuna cəhd edən şəxsin Samux rayonu Füzuli kənd sakini Tehran Əsgərov, su bioresurslarını qanunsuz ovlayan şəxsin isə Samux rayonu Ziyadlı kənd sakini Rövşən Əsgərov olduğu məlum olub.

Faktlarla bağlı sözügedən şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb".

*** 15:50

Samux rayonunda çaydakı balıqlara eletrik cərəyanı verilərək məhv edildiyi bildirilib.

Bu barədə Far.Az-ə video və məlumat göndərilib.

Qeyd edilib ki, Kür çayının Samuxun Yeni kənd kəndindən keçən hissəsində balıqlara elektrik cərəyanı verilərək öldürülür. Bu barədə yerli sakinlər çaydan kadrlar lentə alıblar. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətində Far.Az-ə bildirildi ki, sözügedən məsələ araşdırılacaq və qanuna müvafiq tədbir görüləcək.

Far.Az sözügedən videonu təqdim edir:

Far.Az VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
8
far.az

8Mənbələr