AZ

Hadisə / VideoAzərbaycanda balıqlara elektrik cərəyanı verərək kütləvi məhv ediblər - ŞOK GÖRÜNTÜLƏR - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Samux rayonunda çaydakı balıqlara eletrik cərəyanı verilərək məhv edildiyi bildirilib.

Bu barədə BAKU.WS-ə video və məlumat göndərilib.

Qeyd edilib ki, Kür çayının Samuxun Yeni kənd kəndindən keçən hissəsində balıqlara elektrik cərəyanı verilərək öldürülür. Bu barədə yerli sakinlər çaydan kadrlar lentə alıblar. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətində BAKU.WS-ə bildirildi ki, sözügedən məsələ araşdırılacaq və qanuna müvafiq tədbir görüləcək.

BAKU.WS sözügedən videonu təqdim edir:

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
8
far.az

8Mənbələr