AZ

Qazaxıstan aviaşirkəti Aktaudan Bakıya reyslərin sayını artırıb

Qazaxıstanın aşağı büdcəli "FlyArystan” şirkəti Aktaudan Bakıya reyslərin sayını artırıb. Bu barədə şirkətin məlumatında bildirilib.  

Məlumata görə, iyulun 16-dan avqustun 30-na qədər aviareyskər həftənin cümə günləri də yerinə yetiriləcək. İndiyə qədər bu istiqamətdə uçuşlar ancaq çərşənbə və bazar günləri həyata keçirilirdi.

Uçuşlara biletləri oktyabrın 23-nə qədər əldə etmək olar.

"FlyArystan”, həmçinin Astanadan Bakıya həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı  reyslər yerinə yetirir.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
anews.az

4Mənbələr