Qazaxıstanın aşağı büdcəli “FlyArystan” şirkəti yay üçün yeni uçuş cədvəlini açıqlayıb.

İndex.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, aviaşirkət Aktaudan Bakıya həftəlik uçuşların sayını artırıb.

Belə ki, iyulun 16-dan avqustun 30-na qədər aviareyskər həftənin cümə günləri də yerinə yetiriləcək. İndiyə qədər bu istiqamətdə uçuşlar çərşənbə və bazar günləri həyata keçirilirdi.

Uçuşlara biletləri oktyabrın 23-nə qədər əldə etmək olar.

“FlyArystan”, həmçinin Astanadan Bakıya həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri reyslər yerinə yetirir.