AZ

İsrail-HƏMAS müharibəsi bitməyə doğru gedir? - RƏY

"Ötən ilin oktyabr ayının 7-sində başlayan İsrail-HƏMAS müharibəsi hələ də davam edir. Lakin hal-hazırda Yaxın Şərqdə gərgin vəziyyətin aradan qaldırılması uğrunda hər hansı bir sülh danışıqları getmir".

Bu sözləri Azərbaycan Yəhudiləri Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib.

O, son aylar ərzində İsrail və "Hizbullah" arasında toqquşmaların olması ilə bağlı isə bunu deyib:
"Bu, onu göstərir ki, İsrailin növbəti hədəfi məhz "Hizbullah" ola bilər. Bundan başqa, HƏMAS-ın Əl-Qəssam briqadalarının yaradıcılarından hesab olunan Deyfin öldürüldüyü haqqında da xəbərlər yayılıb".

Ekspertin sözlərinə görə, İsrail tərəfi HƏMAS-la müharibəni bitirmək niyyətindədir:
"Ancaq 9 aydan çox davam edən döyüşlərdə HƏMAS tərəfindən yaradılan tunellərin və terrorçuların məhv edilməsi prosesi İsrail üçün asan olmayıb. İndiki məqamda girovların dəyişdirilməsi məsələsində də bir ortaq nəticə yoxdur. Üstəlik, İsrailin Baş naziri Benyamin Netanyahu bu müharibədə axıra kimi döyüşəcəklərini açıqlayıb. 

Amma Qəzza zolağının çox hissəsinə nəzarət edən İsrail hələ ki, HƏMAS-ı tam olaraq məhv etməyib. Netanyahu hökümətinə edilən təzyiqlər fonunda hökumət mübarizəni davam etdirir". 

Rüstəm Tağızadə qeyd edib ki, ABŞ-də keçiriləcək prezident seçkiləri də Yaxın Şərqdə olan proseslərə təsir edəcək:
"İsrailin iki cəbhədə müharibə aparması real görünmür. Həmçinin "Hizbullah"ın ordusu HƏMAS-dan daha güclüdür. HƏMAS-ın briqada komandirlərinin öldürülməsi isə istənilən halda İsrail tərəfinə üstünlük qazandırır".

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
47
hit.az

10Mənbələr