AZ

Müştəriləri “Azərbaycan Sənaye Bankı”ndan depozitlərin bir hissəsini geri çəkib

“Azərbaycan Sənaye Bankı” 2024-cü ilin 2-ci rübünü 2 milyon 899 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 1 milyon 979 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 1.5 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 24 milyon 841 min manat, xərcləri 21 milyon 595 min manat təşkil edib. 2023-cü ilin eyni dövründə gəlirlər 21 milyon 9 min manat, xərclər isə 18 milyon 395 min manat olub.

Bu ilin iyul ayının 1-nə ASB-nin aktivləri 718 milyon 339 min manat olub ki, bunun 258 milyon 523 min manatı müştərilərə verilən kreditlərdir.

Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 1% artaraq 601 milyon 67 min manat olub, depozit portfeli 0.3% azalaraq 435 milyon 427 min manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
34
banker.az

10Mənbələr