AZ

® “AccessBank” 2024-cü ilin 1-ci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb

® “AccessBank” 2024-cü ilin 1-ci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb

Hesabat dövründə müştərilərə etibarlı maliyyə xidmətləri təklif etməklə “AccessBank” bazarda mövqeyini möhkəmləndirməyi davam edir.

“AccessBank” 2024-cü ilin 1-ci yarısı ərzində əsas maliyyə göstəriciləri üzrə dinamik artım nümayiş etdirib, hesabat dövründə bankın xalis mənfəəti 27.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.5 faiz yüksəkdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

- Faiz gəlirləri 19.3 faiz artaraq, 107.7 milyon manata çatıb.

- Xalis faiz gəlirləri isə 23.9 faiz artaraq 66.7 milyon manata qədər yüksəlib.

- Qeyri-faiz gəlirləri 8.6 milyon manat təşkil edir.

- Xalis əməliyyat mənfəəti isə 1.4 dəfə artaraq, 27.2 milyon manata çatıb.

Nəticədə bankın məcmu kapitalı 167.4 milyon manata yüksəlib ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3.3 dəfə çoxdur.

Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirib və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 15.1 faiz (141.7 milyon) artıraraq, 1,081 milyon manata yüksəldib. Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 18.4 faiz (130.8 milyon) artaraq 841.6 mln manat təşkil edib.

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artaraq hesabat dövrünün sonunda 1.5 milyard manata çatır. Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5 faiz artaraq 1029.7 milyon manat təşkil edir.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az  saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
11
ilk.az

10Mənbələr