AZ

Bank Respublika ilin ilk yarısı 26 mln. manat üzərində xalis mənfəət əldə edib – 49%-lik artım!

“Bank Respublika” ASC 2024-cü ilin ilk yarımilində 26.26 milyon manat xalis mənfəət əldə etməklə, 2023-cü ilin müvafiq dövründəki 17.59 mln. manatı 49% üstələdi.

Banker.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, kommersiya bankının cəmi gəlirləri ilin birinci yarısında 129.22 mln. manat olub. Bununla da, 2023-cü ilin eyni dövründəki  106.75 mln. manatı 21% üstələyir.

Bankın digər cəmi xərcləri isə illik cəmi 12% artıb 95.82 mln. manat olub.

Bununla da bankın əməliyyat mənfəəti illik müqayisədə 52% artaraq 33.36 mln. manat təşkil edib. Keçən ilin analoji dövründə bu rəqəm 21.91 mln. manat idi.

Bankın ilk yarımildəki xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət  74.4 mln. manata yüksəlib.

Bank Respublika-nın aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 2% artaraq  2 mlrd. 225.4 mln. manata yüksəlib. Müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəlindən 6% artımla 1 mlrd. 242.4 mln. manat olub. Portfeldə artım üç bölgü üzrə hər birində davam edib. Belə ki, istehlak 10% artımla 274.8 mln. manata, biznes 4% artımla 835.5 mln. manata, ipoteka kreditləri isə 131.9 mln. manata yüksəlib.

Bankın cəmi öhdəlikləri son 6 ayda 4% artaraq 2 mlrd. 53.6 mln. manata olub, o cümlədən depozitlərin həcmi ilin əvvəlindən 3% artaraq  1 mlrd. 487 mln. manat olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
banker.az

10Mənbələr