AZ

“Saudi Aramco”nun xalis mənfəəti 10%-dən çox azalıb

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun 2024-cü ilin yanvar-iyun aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalaraq 56.342 milyard dollar təşkil edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Eyni zamanda, ikinci rübdə mənfəət birinci rüblə müqayisədə demək olar ki, 7% artaraq 29.07 milyard dollara çatıb. İkinci rübdə “Saudi Aramco”nun neft satışlarının orta dəyəri birinci rübdə 83 dollar/barelə qarşı 85.7 dollar təşkil edib. İlin birinci yarısında orta qiymət 2023-cü ilin eyni dövründəki 79 dollar/barelə qarşı 84.3 dollar/barelə çatıb.

Yanvar-iyun aylarında şirkətin sərbəst pul axını 41.7 milyard dollar (-29.6%) təşkil edib. “Saudi Aramco”nun əsas xərcləri isə 16% artaraq 22.96 milyard dollara yüksəlib.

Səudiyyə şirkəti onu da qeyd edir ki, təkrar kütləvi təklif hər bir səhmin yekun qiyməti 27.25 rial (təxminən 7.3 dollar) olan 1.7 milyard qiymətli kağız (bütün səhmlərin təxminən 0.7%-i) buraxmağa imkan verib.

İkinci rübdə “Saudi Aramco”nun karbohidrogen hasilatı sutkada 12.3 milyon barel neft ekvivalentində (birinci rüblə müqayisədə -0.8%) təşkil edib. 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabr ayının sonuna kimi krallıq könüllü olaraq neft hasilatını daha 1 milyon barel azalmağa qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
32
banker.az

10Mənbələr