AZ

2024-cü ilin ilk yarısında ən iri gəlir hansı banklar əldə edib? – RENKİNQ

2024-cü ilin ilk yarısında Azərbaycan banklarının ümumi gəlirləri üzrə renkinqində “Kapital Bank” liderlik edir.

Banker.az-ın tərtib etdiyi renkinqə əsasən “Kapital Bank” 666.4 milyon manat ümumi gəlirlə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% artım göstərib. ABB 583.8 milyon manat gəlirlə ikinci yerdədir və bu, 24.4% artım deməkdir. “PAŞA Bank” isə 377.8 milyon manat gəlirlə üçüncü yerdədir və bu korporativ bank illik müqayisədə 27% artıma nail olub.

Ümumi gəlir dedikdə, faiz və qeyri-faiz gəlirləri cəmi nəzərdə tutulur.

“Unibank” və “Bank Respublika” müvafiq olaraq 168 milyon və 129.2 milyon manat gəlirlə ilk beşliyi tamamlayırlar. “Unibank” 12.9% artım, “Bank Respublika” isə 21% artım nümayiş etdirib.

Ən böyük dinamika “Yelo Bank” və “Azər Türk Bank”da qeydə alınıb. “Yelo Bank” 95.4 milyon manat gəlirlə 65.7% artım, “Azər Türk Bank” isə 68 milyon manat gəlirlə 55.9% artım göstərib.

 

4378

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
banker.az

10Mənbələr