AZ

2 nəfərin axtarışları davam etdirilir - VİDEO

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər 2 nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir. Bu barədə SİA-ya FHN-dən bildirilib.

Hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub.

https://youtu.be/so7Fh5lPm8Q?si=ZZqqrPwHrIyydH5c

Seçilən
129
35
sesqazeti.az

10Mənbələr