AZ

Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir – VİDEO

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər 2 nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən xəbərə görə, hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub.

Seçilən
135
35
nocomment.az

10Mənbələr