AZ

Trampın vurulduqdan dərhal sonra dediyi ilk söz...

Trampın danışdığı ərazidə atəş səsləri eşidildikdən sonra ABŞ-da hər şey dəyişdi. Bu hadisələr Trampın dəstəyini daha da artıracaq.

Axar.az xəbər verir ki, bunu Britaniyanın “Teleqraf” nəşri yazıb.

Hücumdan sonra Trampın səslərinin arta biləcəyinə diqqət çəkən nəşr 1981-ci ildə güllələnən keçmiş ABŞ prezidenti Ronald Reyqanı xatırladıb:

“ABŞ-ın keçmiş prezidenti Reyqanın səsləri də ondan sonra 8 ballıq sıçrayış göstərdi. “Assoşeyted Press”in bir fotoqrafı tərəfindən dərhal lentə alınan tarixi görüntüdə Trampın qanlar içində yerə yıxıldığı və daha sonra məxfi xidmət agentlərinin əhatəsində yenidən ayağa qalxdığı görünür. Ölümdən qayıdan Tramp dərhal yumruğunu havaya qaldıraraq bircə kəlmə dedi: Döyüş”.

Trampın oğlu da hadisədən dərhal sonra atasının fotosunu paylaşaraq yazıb:

“Amerikanı xilas etmək üçün əsla döyüşməyi yerə qoymayacaq”.

Seçilən
102
2
axar.az

10Mənbələr