AZ

Dənizdə boğularaq can verən iki qardaşın dəfnindən ürəkdağlayan GÖRÜNTÜLƏR - VİDEO

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış üç yeniyetmədən ikisi dəfn edilib.

İki qardaş Tərtərin Düyərli kənd qəbiristanlığında torpağa tapşırılıblar.

Xatırladaq ki, iki gün əvvəl axşam Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə üç nəfərin - 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun batması barədə ilkin məlumat daxil olub. Ötən gün səhər saatlarında onların meyitləri suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
baku.ws

10Mənbələr