AZ

Daha iki yeniyetmə dənizdə çimərkən batdı - Birinin meyiti tapıldı

Bakıda iki nəfər dənizdə çimərkən batıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.

Digər şəxs, 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
yenigundem.az

10Mənbələr