AZ

Bakıda ağır qəza: Yeddi nəfər xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün gecə saatlarında Bakının Məmmədli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-a bildirib ki, hadisə nəticəsində yeddi nəfər xəstəxanaya yerləşdirilib:
"12 iyul saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda KIA markalı 77-DH-125 nömrə nişanlı avtomobillə "Chevrolet" markalı 90-UF-805 nömrə nişanlı maşın toqquşub.
Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək yolda təhlükəsizlik tədbirləri görülüb və xəsarət alanlara köməklik göstərilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yeddi nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
oxu.az

10Mənbələr