AZ

Rusiyadan sərt açıqlamalar- "soyuq müharibə"yə geri dönürük, həm Ukraynanı, həm də NATO-nu yox etməliyik...

Image

Rusiyanın Ukraynaya 24 fevral 2022-ci ildə başlayan hücumu gözlənildiyi kimi NATO sammitinin əsas gündəm maddəsi oldu. Bütün üzv ölkələrin dəstəklədiyi sammitin yekun bəyannaməsində Rusiyanın ittifaqın təhlükəsizliyinə “ən böyük və birbaşa təhdid” olduğu vurğulanıb. 1949-cu il aprelin 4-də ABŞ, İngiltərə, Kanada və Fransa da daxil olmaqla 12 ölkə tərəfindən yaradılan NATO-nun əsas hədəfi Rusiyanın başçılıq etdiyi Sovet İttifaqının Avropada genişlənməsinin qarşısını almaq idi.

İttifaqın 75-ci yubiley sammitində Rusiya isə yenidən ən böyük təhlükə kimi qeyd edildi.

Sammitdə 32 üzv ölkə Ukraynanın gələcəkdə NATO-ya üzv olması üçün Ukraynanın "dönməz yola qədəm qoyduğunu" qəbul etsə də, üzvlük üçün heç bir tarix açıqlanmadı. 

Polşa prezidenti Anjey Duda deyib ki, NATO-da Ukrayna ilə bağlı yeganə sual, ölkənin alyansa nə vaxt qoşulacağıdır: “Müharibə davam edir. Ukrayna digər alyans üzvləri ilə bərabər şərtlərlə üzv olmalıdır. Əks halda NATO da müharibəyə cəlb olunacaq, ancaq bunu heç kim istəməz”.

Rusiyanın keçmiş lideri və 29-cu ayına qədəm qoyan müharibə ilə bağlı ən şahin açıqlamaları ilə diqqət çəkən Dmitri Medvedev isə NATO sammitində Ukraynaya üzvlüklə bağlı geri dönülməz vədinə dünya müharibəsi təhdidi ilə cavab verib. Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından olan Təhlükəsizlik Şurasının sədr müavini Medvedev bildirib ki, Moskva administrasiyası həm Ukraynanı, həm də NATO-nu sıradan çıxarmaq üçün səy göstərməlidir.

Sosial şəbəkələrdəki paylaşımında NATO bəyannaməsindən sitat gətirən Medvedev mesajında deyib: "Nəticə göz qabağındadır. Biz hər şeyi etməliyik ki, Ukraynanın NATO-ya gedən "dönməz yolu" Ukraynanın ortadan qaldırılması və ya NATO-nun məhvi ilə bitsin. Yaxud da, ən yaxşısı hər ikisinin yox ortadan qaldırılmalıdır".

Bu arada, ABŞ Rusiyaya qarşı Almaniyada uzaqmənzilli və hipersonik raketlər yerləşdirmək qərarı verib. Bu isə Moskvanın sərt reaksiyasına səbəb olub. Bütün bunların soyuq müharibəyə apardığını söyləyən Kremlin sözçüsü Peskov Qərbə sərt xəbərdarlıqlar edib. Peskov Rusiyanın Qərblə münasibətlərində “soyuq müharibə”nin bütün xüsusiyyətlərinin “birbaşa qarşıdurma həddinə” qayıtdığına diqqət çəkib. “Soyuq müharibəyə doğru addımlar atırıq” deyən Kreml sözçüsü bildirib ki, Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukrayna ətrafında münaqişədə birbaşa iştirak edir. Peskov qeyd edib ki, Qərb bunu Moskvanın döyüş meydanında strateji məğlubiyyətini təmin etmək üçün edir və Rusiya da bütün bunları nəzərə almalıdır: “Bu, bədbinlik üçün bir səbəb deyil. Əksinə, bu, bizim bir araya gəlməyimiz, malik olduğumuz bütün zəngin potensialdan istifadə etmək və xüsusi hərbi əməliyyatda qarşıya qoyduğumuz bütün məqsədlərə nail olmaq üçün bir səbəbdir”.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
49
baki-xeber.com

10Mənbələr