AZ

Rusiyadan NATO sammitində Ukrayna ilə bağlı verilən qərarlara SƏRT REAKSİYA

Rusiya ABŞ-də keçirilən NATO liderlərinin sammitinə reaksiya verib.

Hurriyyet.az bildirir ki, toplantıda Ukraynaya 43 milyard dollarlıq yeni hərbi yardım, Kiyev səmasında daha möhkəm raket sipərinin qurulması, F-16 döyüş təyyarələrinin daşınmasına başlanması, yeni uzunmənzilli raketlərin verilməsi ilə bağlı qərarlar Moskvanı qəzəbləndirib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, NATO sammiti Avropa və ABŞ-dəki həmsöhbətlərin Ukraynada sülh istəmədiyini göstərir: “Şimali Atlantika Alyansı təhlükəsizlik deyil, münaqişə vasitəsidir. Bu tədbir Rusiyanın düşmən elan edildiyini bir daha sübut etdi. Xüsusilə yekun bəyannamədə Ukraynanın nə vaxtsa alyansa üzv olacağının yazılması bizim üçün qəbuledilməzdir”.

Peskov vurğulayıb ki, Rusiya NATO-nun qarşısını almaq üçün əks tədbirlər görməlidir. 

Moskva həmçinin NATO sammitində “Avropa təhlükəsizlik arxitekturasının alt-üst edildiyini” iddia edib. Belə ki, sammitdə ABŞ-nin Avropaya, xüsusilə Almaniyaya yeni taktiki raketlər yerləşdirməyə qərar verdiyini xatırladan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rusiya belə bir qərarın veriləcəyini əvvəlcədən bilirdi. Bizim üçün sürpriz olmadı. Biz atacağımız əks addımları artıq hazırlamışıq” deyib.

Digər tərəfdən, NATO sammitinin birgə bəyannaməsində Ukrayna müharibəsində Çinin Rusiyaya dəstək verməsi və “sanksiya hədəsi” ilə bağlı açıq ittihamlar Pekini də qəzəbləndirib. Çin xarici işlər nazirliyinin sözçüsü Lin Jian Alyansı “Asiyada xaos yaratmağa çalışırlar”, fikri ilə ittiham edib. “NATO-nun Ukrayna məsələsində Çinin məsuliyyətini şişirtməsi ağlabatan deyil”, - o deyib. Jian iddia edib ki, Pekin hökuməti Ukrayna məsələsində ədalətli və obyektiv mövqe tutur. 

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
49
hurriyyet.az

10Mənbələr