AZ

Dünən vəfat edən hərbçimiz dəfn edilib

Daxili Qoşunların dünən vəfat edən hərbi qulluqçusu, 21 yaşlı hərbçi Xanlar Əhmədov dəfn edilib.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, X.Əhmədov Sabirabad rayonunun Qalaqayın kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, işğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X.Əhmədov (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Hərbçimizə bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyulun 11-də vəfat edib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
17
big.az

8Mənbələr