AZ

Dağıstanda niqabı qadağan edən fətva şöbəsi ləğv edilib

Dağıstanda niqabı qadağan edən fətva şöbəsi ləğv edilib

Dağıstanın müftisi Əhməd Abdullayev fətva şöbəsini dövrün tələblərinə cavab vermədiyini əsas götürərək ləğv edib.

Bu barədə məlumat Dağıstan Respublikası Müftiliyinin "Telegram" kanalında dərc edilib.

Məlumatda yaxın günlərdə respublika müftiliyinin strukturunda digər dəyişikliklərin də qəbul ediləcəyi qeyd olunub.

Qeyd edək ki, ötən həftə Dağıstan Müftiliyi respublika ərazisində müvəqqəti olaraq niqab taxılmasını qadağan edən qərar qəbul edib./Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
17
sonxeber.az

8Mənbələr