AZ

"Putin danışıqlara hələ hazır deyil" - Bayden

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıq aparmağa hazır olmadığını bildirib və əlavə edib ki, indiki məqamda bunu etməkdə heç bir səbəb görmür.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, o bunu Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

 

"Danışmağa hazır olmadığım dünya lideri yoxdur, amma məsələ Putindirsə, o,  buna hazır olmalıdır. Putin davranışını dəyişməlidir", - ABŞ prezidenti bildirib.

 

“Keçən dəfə mən Putinlə danışanda onunla nüvə silahı ilə bağlı silahlara nəzarət sazişi bağlamağa çalışırdım” deyən ABŞ lideri söhbətin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
47
sfera.az

10Mənbələr