AZ

"Burada olmağa layiqik" - La Fuente

"Bu, bizim üçün əla fürsətdir. Çox iş görmüşük və burada olmağa layiqik. Bu, Almaniya ilə oyun kimi final matçı ola bilərdi. Belə qarşılaşmalarda hər şeyi daha az səhv etmək həll edir. Biz tarixi şansa layiqik".

AzxeberSport xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avro-2024-ün yarımfinalında Fransa ilə oyun öncəsi deyib.

"Həmişə qalib gəlmək üçün matça hazırlaşmağa çalışırsan. Bizim oyun modelimiz şoudan ibarətdir, çox əyləncəli və canlı komandamız var. Amma ən əsası qələbə qazanmaqdır. Həm cəlbedici, həm də praqmatik oynamaq lazımdır" - deyə o bildirib.

Mütəxəssis "Fransanın oyunundan bezdiniz?" sualını belə cavablandırıb: Mən potensialı qiymətləndirirəm və təhlil edirəm. Fransızlar bunu müstəsna, fantastik hesab edirlər. Onların çox yüksək səviyyəli oyunçuları və böyük komandası var. Mən həmişə futboldan həzz alıram. Fransanın oyunundan sıxılmıram, amma bizim fərqli üslublarımız var".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
47
azxebersport.az

10Mənbələr