AZ

Bakıda 3 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTO)

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Manset.az Apa-ya istinadən xəbər verir ki, qəza İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü yüksək surətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil hərəkətdə olan digər 2 avtomobilə çırpılıb. Qəza zamaı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıları xəstəxanaya çatdırıb. Qəza səbəbindən prospektdə hərəkət məhdudlaşdırılıb. Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Avtoqəzanın səbəbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
11
manset.az

10Mənbələr