AZ

HadisəBakıda yüksək sürət ağır qəzaya səbəb oldu: Yol bağlandı

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza İnşaatçılar prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə avtomobil hərəkətdə olan digər 2 avtomobilə çırpılıb. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

Qəza səbəbindən prospektdə hərəkət məhdudlaşdırılıb. Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Qəzanın səbəbləri araşdırılır.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
11
far.az

10Mənbələr