AZ

R.T.Әrdoğan: ''İsrail rəhbərliyinin NATO ilə əlaqələri davam etdirməsi qəbuledilməzdir''

Qəzzada qətliam törədən İsrailə hərbi dəstəyin davam etdirilməsinin qəbuledilməz olduğunu bildirən Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib: “İttifaqımızın təməl dəyərlərini tapdalayan İsrail rəhbərliyinin NATO ilə əlaqələrini davam etdirməsi qəbuledilməzdir. Türkiyə NATO-nun bu sahədəki təşəbbüslərini təsdiqləməyəcək''. Prezident Rəcəb Tayyib Ərdoğan NATO-Ukrayna Şurasının iclasından sonra mətbuat konfransı keçirib.
İsrailin Qəzzaya hücumları, terrorla mübarizə və NATO ölkələri ilə əlaqələri ilə bağlı çoxsaylı sualları cavablandıran Türkiyə Prezidenti sammitin uğurla başa çatdığını bildirib.
NATO sammitində bütün dövlət və hökumət başçıları ilə Qəzzada törədilən qətliamı müzakirə etdiyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "İsrailə hərbi dəstəyin davam etdirilməsi qəbuledilməzdir. Bizim təməl dəyərlərimizi tapdalayan İsrail rəhbərliyinin NATO ilə əlaqələri davam etdirməsi qəbuledilməzdir''.
Dünyaya bir daha iki dövlətli həll ilə bağlı çağırış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Bütün təzyiqlərə baxmayaraq Fələstini tanıyan ölkələrin sayının artması bizi sevindirir. Sülh üçün zamin olmağa hazırıq".
Sammiti uğurla başa vurduqlarını bildirən Türkiyə Prezidenti deyib:
''Sammitin birinci sessiyasında alyansın müdafiəsi ilə bağlı məsələləri müzakirə etdik. Türkiyənin həmişə olduğu kimi müttəfiqlərini müdafiə etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirdiyini ifadə etdik. Oktyabrın 7-dən etibarən Qəzzada qətliam törədilir. Keçirdiyim bütün görüşlərdə Qəzzada baş verənləri müzakirə etmişəm. Netanyahu administrasiyası bütün regionun təhlükəsizliyini təhlükə altına qoyur.  İsrailə hərbi dəstəyin davam etdirilməsi qəbuledilməzdir. Dünyamız artıq kifayət qədər gərginlik yaşayır, yenilərini əlavə etməyin mənası yoxdur.
Ölkəmizin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladıq. NATO heç vaxt Ukrayna müharibəsi mövzusunda tərəf tutmağa imkan verməməlidir. Balanslı, soyuqqanlı və ədalətli münasibətimizi bundan sonra da davam etdirəcəyik''.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
45
trt.net.tr

10Mənbələr