AZ

“DeepState”: “Ruslar Donetsk vilayətinin Evgenovka kəndini tutdular”

...Bu arada ruslar Donetsk vilayətinin Pokrovski rayonundakı Evgenovka kəndini ələ keçiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “DeepState”yazıb.

...Düşmən Evgenovkanı işğal edib və Yuryevka yaxınlığında irəliləyib.

Verilən mesajda belə deyilir.

Deyilənlərə görə, Evgenovka kəndi Pokrovskdan 20 km aralıda yerləşir.

Bu arada analitiklər döyüş xəritəsində də dəyişikliklər ediblər. Kənd hazırda qırmızı zonadadır, yəni bu yaşayış məntəqəsinə nəzarət rus qoşunlarına keçib.

Ukrayna Baş Qərargahının məlumatına görə, ruslar ən böyük fəallığı Pokrovski istiqamətində göstəriblər.

Onlar son günün əvvəlindən 41 dəfə Proqress, Vozdvijenka, Karlovka, Novoaleksandrovka, Kalinovo, Yuryevka, Novoselovka Pervaya və Evgenovka yaşayış məntəqələri yaxınlığında müdafiəni yarmağa cəhd ediblər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
6
sia.az

5Mənbələr