AZ

Ruslar surətlə irəliləyir, daha iki yaşayış məntəqəsi tutulub - DeepState

Rusiya hərbçiləri Ukraynanın şərqində bir qədər də irəliləyiblər. Onlar Donetsk vilayətinin Sokol və Vosxod yaşayış məntəqələrini işğal ediblər.

News365.az xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb. Qeyd edilir ki, Rusiya hərbi qüvvələri həmçinin Xarkov və Donetsk vilayətlərində də bir neçə istiqamətdə irəli gedə biliblər.

"Düşmən Sokol və Vosxodu işğal etdi, həmçinin Sotnitski Kazaçkada (Xarkov vilayətinin Rusiya Federasiyası ilə sərhədi - red.), Severnıda, Drujba, Evgenovka və Novopokrovski yaxınlığında da irəlilədilər", - məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
6
news365.az

5Mənbələr