AZ

Uimbildon-2024 tennis turnirinin yarımfinal cütləri bəlli olub

Bakı. Trend:

Uimbildon-2024 tennis turnirində bütün yarımfinalçılar bəlliolub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Novak Cokoviç kortaçıxmadan növbəti mərhələyə yüksəlib.

Serbiyalı tennisçinin rəqibi Alde De Minar (Avstraliya) zədəüzündən 1/4 final görüşündən imtina edib. Günün digər oyunundaitaliyalı Lorenzo Musetti amerikalı Teylor Fritsə qalib gəlib. O,yarımfinalda Cokoviçlə qarşılaşacaq. Mərhələnin digər cütündə DanilMedvedev – Karlos Alkaras görüşü baş tutacaq. Hər iki oyun iyulun12-də olacaq.

Sabah qadınların mübarizəsində yarımfinal matçları keçiriləcək.Barbora Kreyçikova (Çexiya) Yelena Rıbakina (Qazaxıstan), DonnaVekiç (Xorvatiya) isə Yasmin Paolini (İtaliya) iləqarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında final görüşü şənbə, kişilərdəisə bazar günü baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
az.trend.az

10Mənbələr