AZ

AVRO-2024: 1/4 finalın iki oyunu ingilis hakimə tapşırıldı

İspaniya-Almaniya, həmçinin Portuqaliya-Fransa matçları ingilis referiyə həvalə edilib. AVRO-2024-ün 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri bəlli olub. Matc.az xəbər verir ki, İspaniya-Almaniya, həmçinin Portuqaliya-Fransa matçları ingilis referiyə tapşırılıb. Belə ki, İspaniya və Almaniya arasında keçiriləcək qarşılaşmanı Entoni Teylor idarə edəcək. Portuqaliya və Fransa arasında baş tutacaq matçda isə Maykl Oliver iş başında olacaq. Qeyd edək ki, hər iki oyun iyulun 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
20
matc.az

10Mənbələr