AZ

Cəlilabadda kartofun məhsuldarlığı azalıb

Bu il Cəlilabad rayonunda kartofun məhsuldarlığı xeyli azalıb.

Bu barədə "Report"un yerli bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Belə ki, ötən il 5 min 500 hektar sahədə 158 min 920 ton kartof məhsulu yetişdirilib. Bu il isə 2 min 900 hektar sahədə 61 min ton sözügedən məhsul istehsal olunub.

Bu isə məhsuldarlığın 2,6 dəfə azalması deməkdir.

Fermerlərin sözlərinə görə, son illər məhsulun tədarükü ilə bağlı problemlər müşahidə olunur. Belə ki, ötən il məhsul 20-25 qəpiyə satılıb. Bu qiymət də çəkilən xərcləri ödəmir. Eyni zamanda fermerlər ötən il daşınma xərci baha olduğu üçün Rusiya bazarlarına da məhsul göndərə bilmədiklərini deyirlər.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
cebheinfo.az

2Mənbələr