AZ

Qəzzada ölənlərin sayı 38295-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 52 nəfər artaraq 38 min 295 nəfərə çatıb.

BiG.AZ xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 278 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 52 fələstinlinin həyatını itirdiyi, 208 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri həyatını itirən fələstinlilərin sayının 38 min 295-ə, yaralıların sayının isə 88 min 241-ə yüksəldiyi bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
6
big.az

10Mənbələr