AZ

Qəzzada son 10 gündə 561 fələstinli ölüb

İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 561 fələstinli həyatını itirib.

BiG.AZ xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 292 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 55 fələstinlinin öldüyü, 110 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 145-ə, yaralıların sayı isə 90 min 257-yə çatıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
44
big.az

10Mənbələr