AZ

Zelenski: "Putin onların hər ikisinə nifrət edir"

Ukrayna prezidenti Volodimir Zelenski ümid edir ki, bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gəlsə, Amerika Birləşmiş Ştatlarının siyasəti dəyişməyəcək. 

HİT.az xəbər verir ki, dövlət başçısı bunu Vaşinqtonda Ronald Reyqan İnstitutunda söhbəti zamanı deyib.

Xüsusilə, Zelenskiyə Vladimir Putinin ABŞ-ın hazırkı prezidenti Co Bayden və keçmiş prezident Donald Trampı necə qəbul etdiyi soruşulub.

"Putin Amerikanı sevmir. Bayden və Tramp çox fərqlidirlər, lakin onlar demokratiyanı dəstəkləyirlər. Və bu səbəbdən, fikrimcə, Putin onların hər ikisinə nifrət edir. Məncə, belədir", deyə Zelenski bildirib.

Ukrayna prezidenti əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının ÜDM səviyyəsi Rusiyadan on dəfə çoxdur, ona görə də Putini tərəfdaş kimi qəbul etmək olmaz. Eyni zamanda, Zelenski Putini “kiçik” adlandırıb.

"Həqiqətən də kiçikdir, lakin biz ondan qorxduqda o, böyüyür. Bu, son 25 il də daxil olmaqla, bütün Qərbin səhvidir", deyə Zelenski hesab edir.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Putin çox güman noyabrda ABŞ-da keçiriləcək seçkiləri gözləyir, çünki o zaman Amerika siyasəti dəyişə bilər: "Ümid edirəm ki, bu, heç vaxt dəyişməyəcək".

Ukrayna prezidenti bildirib ki, Putin dünyanı, Amerikanı və Avropanın müxtəlif ölkələrini parçalamağa çalışır. Eyni zamanda, Zelenskinin sözlərinə görə, ABŞ-dakı seçkilər Amerika xalqından asılıdır və Ukrayna amerikalıların qərarlarına hörmətlə yanaşır.

Bundan əlavə, Zelenskidən Trampın ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi təqdirdə, Amerikanı NATO-dan çıxaracağından qorxduğu soruşulub. Ukrayna prezidenti ABŞ-ın NATO-dan heç vaxt çıxmayacağına ümid etdiyini bildirib: "Ümid edirəm ki, Birləşmiş Ştatlar NATO-dan çıxmaq barədə heç vaxt ciddi düşünməyəcək".

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
hit.az

10Mənbələr