AZ

Bürclərinə görə qadınlar münasibətlərində nə istəyirlər? - Astroloqdan kişilərə MƏSLƏHƏT

Astroloq Dinara Axundova bürclərin qadın nümayəndələrinin münasibətdən istədiklərini açıqlayıb.

Gundem.az həmin yazını təqdim edir:

Qoç bürcü qadını sevgidə liderliyini qorumaq istəyir, yanında onunla uyğunlaşmaq istəyən bir partnyor olmalıdır. İstəkləri həyata keçmədikdə isə aqressiv rəftar edə bilər. Daima münasibətlərdə mükəmməlliyi qorumağa çalışır. Hər zaman hər şeyin ən yaxşısının olmasını istəyir.

Buğa bürcü qadını isə sevgidə mənfəət və dəyərlərə önəm verir. Sahiblənicidir. Amma bunun qarşılığını görməyəndə, qarşı tərəfdən tez soyuyur. Evlilik düşünmədiyi bir partnyorla yola çıxmaz. Rahatlığı, lüksü və süprizləri çox sevir. Buğa bürcü qadınları evlilikdə güvənilən bir partnyordur.

Əkizlər qadını sevgidə məcara və dostluğa önəm verir. Əgər bir əkizlər qadınının qəlbini fəth etmək istəyirsinizsə, onunla dostluq etməyi və üzünü güldürməyi bacarmalısınız. Əkizlər qadını sevgidə sıxılmaq istəməz. Buna görə ona azadlıq vermək lazımdır. Belə olduğu halda onlar daha çox bağlanırlar. Romantik kişiləri və kiçik süprizləri bəyənirlər. Münasibətdə monoton olan hər şeydən tez sıxılırlar. Məhz bu baxımdan onlarla yeni planlar qurmalısınız.

Xərçəng qadınının sevgidə ilk önəm verdiyi güvən və ailə bağlılığıdır. Bir kişi ilə evlənməyəcəksə, onu sevməz, güvənməyəcəksə, onunla münasibətdə olmaq istəməz. Xərçəngin cinsi istəkləri duyğusal güvənə dayanır. Partnyoruna hər daim analıq etmək və problemlərini bilmək istəyər. Çox fədakarlıq etdiyi təqdirdə dəyəri bilinməz. 

Şir bürcü qadını sevgidə lüks, dəyər, statusa düşkündür. Zəif partnyorlardan qaçar və güclü, öz ayaqları üzərində duran kişiləri sevərlər. Hörmət və dəyər görmədiyi bir kişinin yanında əsla qalmaz. Münasibətlərdə dominantlığı və partnyorunu yönəltməyi bacarır.

Qız bürcü qadını sevgidə güvənə və maddi rahatlığa önəm verir. Partnyoruna qarşı fədakar və qayğıkeş olurlar. Bir qız bürcü qadınının qəlbini fəth etmək üçün ona güvən və sevgi vermək lazımdır.  Gələcəklə bağlı qayğıları birlikdə aşacağınızı ona göstərsəniz, o sizi əsla buraxmaz. Güvəni qırılsa, partnyorundan soyuyar.

Tərəzi qadını sevgidə nə qədər diqqət görsə, o qədər çox bağlanar. Daima partnyoruna dəyər verən bu qadınlar münasibətdə özlərini arxa plana atırlar. Bu da onları zamanla dəyərsizləşdirə və partnyorları ilə problem yaşamalarına gətirib çıxara bilər. Tərəzi qadını sevgidə dostluq və dəyərlərə önəm verir. Tərəzi qadınının üzünü nə qədər çox güldürsəniz, xoşbəxt etsəniz, o daha çox bağlanar.

Əqrəb qadını sevgidə şəhvətə önəm verir. İstəsə bir qadının qəlbini fəth edər, istəməsə etməz. Zəkasının dərinliyi və güclü hissiyatı ilə münasibəti istəyi kimi yönləndirə bilər.Güvənsizliyi və xəyanəti tezliklə hiss edər. Bir əqrəb qadını partnyorunu yüksəldə də, alçalda da bilər. 

Oxatan qadınının qəlbini fəth etmək istəyirsənsə, onun üzünü güldürməyi, əyləndirməyi bacarmalısan. Onunla həm dost, həm də sirdaş olmağı bacarmalısan.

Oğlaq qadını özü şəxsi həyatında məsuliyyətli və disiplinli olduğu üçün sevgilisini də elə görmək istəyir. Oğlaq qadınının güvənini qazanmaq olduqca vacibdir. Əksi təqdirdə səni özündən uzaq tutar. Oğlaq qadını ailəcanlıdır və azadlığına düşkündür. 

Dolça qadını tam bir baş bəlasıdır. Hər adama bağlanmaz və hər adamı sevə bilməzlər. Onun sevgisini qazanmaq üçün dəqiq və konkret olmalısınız.

Balıq bürcü qadını sevgidə çox emosional olduğuna görə, onu duyğusal baxımdan güvəndə hiss etdirməlisiz. Balıq qadınının üzünü güldürmək çox bəsitdir. Bu baxımdan onu kiçik süprizlərlə də sevindirə bilərsiniz.   (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
gundem.az

10Mənbələr