AZ

Məzahir Pənahov: "Azad edilmiş ərazilərdə seçki məntəqələrinin sayı artırılacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mərkəzi Seçki Komissiyası (MSK) 125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkinin keçirilməsi üçün şərait yaradır".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq:
"Dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçki daha geniş şəraitdə keçiriləcək.
Azərbaycan yeganə ölkədir ki, medianın seçki prosesini əvvəldən sona izləməsi və ictimailəşdirilməsi üçün hər cür şərait yaradılıb. Media nümayəndələrinin, yerli və beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə heç bir maneə yaradılmır. Bütün qitələrdən yüksək siyasi nüfuza malik olan nümayəndə heyətləri gəlib, prosesi izləyib, yekun nəticə barədə açıqlamalar verəcək", - deyə sədr qeyd edib.
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
26
oxu.az

10Mənbələr