AZ

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Belə ki, Kifayət Mikayıl qızı Cəfərova 15 saylı Yasamal birinci, Ziba Cəbrayıl qızı Manafova 16 saylı Yasamal ikinci, Əli Qurban oğlu Cəfərov 30 saylı Suraxanı birinci, Azər Aydın oğlu Mirzəliyev 40 saylı Gəncə üçüncü, Gülrux Mətləb qızı Əsədova 44 saylı Sumqayıt üçüncü, Gülər Mircəfər qızı Mirzəyeva 70 saylı Neftçala, Asif Məmmədağa oğlu Həsənli 72 saylı Cəlilabad kənd, Afərim Qasım qızı Verdiyeva 101 saylı Samux–Şəmkir seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Əli Qurban oğlu Cəfərov 15 saylı Yasamal birinci, Kifayət Mikayıl qızı Cəfərova 30 saylı Suraxanı birinci, İsmayıl Abbas oğlu Əliyev 40 saylı Gəncə üçüncü, Nəriman Allahyar oğlu Həsənov 101 saylı Samux–Şəmkir seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
26
unikal.az

9Mənbələr