AZ

Amerika Kuboku: İlk finalçı bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Kubokun yarımfinal mərhələsində Kanada ilə üz-üzə gələn Argentina inamlı qələbəyə sevinib.
Oxu.Az xəbər verir ki, gərgin və maraqlı futbol tamaşası vəd edən görüşdə hesab 22-ci dəqiqədə açılıb. Xulian Alvares Rodriqonun ötürməsindən sonra dəqiq oynayıb - 1:0. Nominal meydan sahibləri məğlubiyyətdən xilas olmaq üçün çox çalışsalar da, ilk hissə bu hesabla başa çatıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən argentinalılar fərqi artırıblar. 51-ci dəqiqədə Lionel Messi görüşün yekun nəticəsini müəyyənləşdirib - 2:0.
Qeyd edək ki, Argentina millisi finalda Uruqvay-Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
oxu.az

10Mənbələr