AZ

Dünyanın ilk rəssam dronunun əsəri nümayiş olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada dünyada insan iştirakı olmadan rəsm çəkə bilən ilk dronun divar rəsmi nümayiş olunub. İncəsənət obyekti texnologiyalara və onların təbiətlə qarşılıqlı əlaqəsinə həsr olunub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə iz.ru xəbər verib.
Bildirilib ki, dron rusiyalı rəssam Mişa Mostla mühəndis və proqramçılar qrupunun birgə layihəsidir. Qeyd olunub ki, uçuş aparatının idarə edilməsinin qabaqcıl texnologiyası istifadə edilib.
"Bu dron dəqiq xətlər çəkə, rəsmlərin miqyasını və detallılığını dəyişdirə, yəni yaradıcı vahid ola bilər. Yeni layihə incəsənət və texnologiyaların parlaq əməkdaşlığıdır", - deyə tərtibatçılar bildiriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
oxu.az

10Mənbələr